fastapi/docs/az/docs/index.md

468 lines
23 KiB
Markdown
Raw Blame History

This file contains ambiguous Unicode characters

This file contains Unicode characters that might be confused with other characters. If you think that this is intentional, you can safely ignore this warning. Use the Escape button to reveal them.

FastAPI framework, yüksək məshuldarlı, öyrənməsi asan, çevik kodlama, istifadəyə hazırdır

**Sənədlər**: https://fastapi.tiangolo.com
**Qaynaq Kodu**: https://github.com/fastapi/fastapi

FastAPI Python ilə API yaratmaq üçün standart Python tip məsləhətlərinə əsaslanan, müasir, sürətli (yüksək performanslı) framework-dür.
Əsas xüsusiyyətləri bunlardır:
* **Sürətli**: Çox yüksək performans, **NodeJS****Go** səviyyəsində (Starlette və Pydantic-ə təşəkkürlər). [Ən sürətli Python frameworklərindən biridir](#performans).
* **Çevik kodlama**: Funksiyanallıqları inkişaf etdirmək sürətini təxminən 200%-dən 300%-ə qədər artırın. *
* **Daha az xəta**: İnsan (developer) tərəfindən törədilən səhvlərin təxminən 40% -ni azaldın. *
* **İntuitiv**: Əla redaktor dəstəyi. Hər yerdə otomatik tamamlama. Xətaları müəyyənləşdirməyə daha az vaxt sərf edəcəksiniz.
* **Asan**: İstifadəsi və öyrənilməsi asan olması üçün nəzərdə tutulmuşdur. Sənədləri oxumaq üçün daha az vaxt ayıracaqsınız.
* **Qısa**: Kod təkrarlanmasını minimuma endirin. Hər bir parametr tərifində birdən çox xüsusiyyət ilə və daha az səhvlə qarşılaşacaqsınız.
* **Güclü**: Avtomatik və interaktiv sənədlərlə birlikdə istifadəyə hazır kod əldə edə bilərsiniz.
* **Standartlara əsaslanan**: API-lar üçün açıq standartlara əsaslanır (və tam uyğun gəlir): OpenAPI (əvvəlki adı ilə Swagger) və JSON Schema.
* Bu fikirlər daxili development komandasının hazırladıqları məhsulların sınaqlarına əsaslanır.
## Sponsorlar

{% if sponsors %}
{% for sponsor in sponsors.gold -%}

{% endfor -%}`
{%- for sponsor in sponsors.silver -%}

{% endfor %}
{% endif %}

Digər sponsorlar
## Rəylər
"_[...] Son günlərdə **FastAPI**-ı çox istifadə edirəm. [...] Əslində onu komandamın bütün **Microsoftda ML sevislərində** istifadə etməyi planlayıram. Onların bəziləri **windows**-un əsas məhsuluna və bəzi **Office** məhsullarına inteqrasiya olunurlar._"

Kabir Khan - Microsoft (ref)

"_**FastAPI** kitabxanasını **Proqnozlar** əldə etmək üçün sorğulana bilən **REST** serverini yaratmaqda istifadə etdik._"

Piero Molino, Yaroslav Dudin, and Sai Sumanth Miryala - Uber (ref)

"_**Netflix** **böhran idarəçiliyi** orkestrləşmə framework-nün açıq qaynaqlı buraxılışını elan etməkdən məmnundur: **Dispatch**! [**FastAPI** ilə quruldu]_"

Kevin Glisson, Marc Vilanova, Forest Monsen - Netflix (ref)

"_**FastAPI** üçün həyəcanlıyam. Çox əyləncəlidir!_"

Brian Okken - Python Bytes podcast host (ref)

"_Düzünü desəm, sizin qurduğunuz şey həqiqətən möhkəm və peşəkar görünür. Bir çox cəhətdən **Hug**-un olmasını istədiyim kimdir - kiminsə belə bir şey qurduğunu görmək həqiqətən ruhlandırıcıdır._"

Timothy Crosley - Hug creator (ref)

"_Əgər REST API-lər yaratmaq üçün **müasir framework** öyrənmək istəyirsinizsə, **FastAPI**-a baxın [...] Sürətli, istifadəsi və öyrənməsi asandır. [...]_"
"_**API** xidmətlərimizi **FastAPI**-a köçürdük [...] Sizin də bəyənəcəyinizi düşünürük._"

Ines Montani - Matthew Honnibal - Explosion AI founders - spaCy creators (ref) - (ref)

"_Python ilə istifadəyə hazır API qurmaq istəyən hər kəsə **FastAPI**-ı tövsiyə edirəm. **Möhtəşəm şəkildə dizayn edilmiş**, **istifadəsi asan****yüksək dərəcədə genişlənə bilən**-dir, API əsaslı inkişaf strategiyamızın **əsas komponentinə** çevrilib və Virtual TAC Engineer kimi bir çox avtomatlaşdırma və servisləri idarə edir._"

Deon Pillsbury - Cisco (ref)

## **Typer**, CLI-ların FastAPI-ı

Əgər siz veb API əvəzinə terminalda istifadə ediləcək CLI proqramı qurursunuzsa, **Typer**-a baxa bilərsiniz.
**Typer** FastAPI-ın kiçik qardaşıdır. Və o, CLI-lərin **FastAPI**-ı olmaq üçün nəzərdə tutulub. ⌨️ 🚀
## Tələblər
FastAPI nəhənglərin çiyinlərində dayanır:
* Web tərəfi üçün Starlette.
* Data tərəfi üçün Pydantic.
## Quraşdırma

```console
$ pip install fastapi
---> 100%

Tətbiqimizi əlçatan etmək üçün bizə Uvicorn və ya Hypercorn kimi ASGI server lazımdır.

```console
$ pip install "uvicorn[standard]"
---> 100%

## Nümunə
### Kodu yaradaq
* `main.py` adlı fayl yaradaq və ona aşağıdakı kodu yerləşdirək:
```Python
from typing import Union
from fastapi import FastAPI
app = FastAPI()
@app.get("/")
def read_root():
return {"Hello": "World"}
@app.get("/items/{item_id}")
def read_item(item_id: int, q: Union[str, None] = None):
return {"item_id": item_id, "q": q}

<details markdown="1">
<summary>Və ya async def...</summary>
Əgər kodunuzda `async` və ya `await` vardırsa `async def` istifadə edə bilərik:
```Python hl_lines="9 14"
from typing import Union
from fastapi import FastAPI
app = FastAPI()
@app.get("/")
async def read_root():
return {"Hello": "World"}
@app.get("/items/{item_id}")
async def read_item(item_id: int, q: Union[str, None] = None):
return {"item_id": item_id, "q": q}

**Qeyd**:
Əgər bu mövzu haqqında məlumatınız yoxdursa `async` və `await` sənədindəki _"Tələsirsən?"_ bölməsinə baxa bilərsiniz.
</details>
### Kodu işə salaq
Serveri aşağıdakı əmr ilə işə salaq:

```console
$ uvicorn main:app --reload
INFO: Uvicorn running on http://127.0.0.1:8000 (Press CTRL+C to quit)
INFO: Started reloader process [28720]
INFO: Started server process [28722]
INFO: Waiting for application startup.
INFO: Application startup complete.

<details markdown="1">
<summary>uvicorn main:app --reload əmri haqqında...</summary>
`uvicorn main:app` əmri aşağıdakılara instinad edir:
* `main`: `main.py` faylı (yəni Python "modulu").
* `app`: `main.py` faylında `app = FastAPI()` sətrində yaratdığımız `FastAPI` obyektidir.
* `--reload`: kod dəyişikliyindən sonra avtomatik olaraq serveri yenidən işə salır. Bu parametrdən yalnız development mərhələsində istifadə etməliyik.
</details>
### İndi yoxlayaq
Bu linki brauzerimizdə açaq http://127.0.0.1:8000/items/5?q=somequery.
Aşağıdakı kimi bir JSON cavabı görəcəksiniz:
```JSON
{"item_id": 5, "q": "somequery"}

Siz artıq bir API yaratmısınız, hansı ki:
* `/``/items/{item_id}` _yollarında_ HTTP sorğularını qəbul edir.
* Hər iki _yolda_ `GET` əməliyyatlarını (həmçinin HTTP _metodları_ kimi bilinir) aparır.
* `/items/{item_id}` _yolu_ `item_id` adlı `int` qiyməti almalı olan _yol parametrinə_ sahibdir.
* `/items/{item_id}` _yolunun_ `q` adlı yol parametri var və bu parametr istəyə bağlı olsa da, `str` qiymətini almalıdır.
### İnteraktiv API Sənədləri
İndi http://127.0.0.1:8000/docs ünvanına daxil olun.
Avtomatik interaktiv API sənədlərini görəcəksiniz (Swagger UI tərəfindən təmin edilir):
![Swagger UI](https://fastapi.tiangolo.com/img/index/index-01-swagger-ui-simple.png)
### Alternativ API sənədləri
İndi isə http://127.0.0.1:8000/redoc ünvanına daxil olun.
ReDoc tərəfindən təqdim edilən avtomatik sənədləri görəcəksiniz:
![ReDoc](https://fastapi.tiangolo.com/img/index/index-02-redoc-simple.png)
## Nümunəni Yeniləyək
İndi gəlin `main.py` faylını `PUT` sorğusu ilə birlikdə gövdə qəbul edəcək şəkildə dəyişdirək.
Pydantic sayəsində standart Python tiplərindən istifadə edərək gövdəni müəyyən edək.
```Python hl_lines="4 9-12 25-27"
from typing import Union
from fastapi import FastAPI
from pydantic import BaseModel
app = FastAPI()
class Item(BaseModel):
name: str
price: float
is_offer: Union[bool, None] = None
@app.get("/")
def read_root():
return {"Hello": "World"}
@app.get("/items/{item_id}")
def read_item(item_id: int, q: Union[str, None] = None):
return {"item_id": item_id, "q": q}
@app.put("/items/{item_id}")
def update_item(item_id: int, item: Item):
return {"item_name": item.name, "item_id": item_id}

Server avtomatik olaraq yenidən işə salınmalı idi (çünki biz yuxarıda `uvicorn` əmri ilə `--reload` parametrindən istifadə etmişik).
### İnteraktiv API sənədlərindəki dəyişikliyə baxaq
Yenidən http://127.0.0.1:8000/docs ünvanına daxil olun.
* İnteraktiv API sənədləri yeni gövdə də daxil olmaq ilə avtomatik olaraq yenilənəcək:
![Swagger UI](https://fastapi.tiangolo.com/img/index/index-03-swagger-02.png)
* "Try it out" düyməsini klikləyin, bu, parametrləri doldurmağa və API ilə birbaşa əlaqə saxlamağa imkan verir:
![Swagger UI interaction](https://fastapi.tiangolo.com/img/index/index-04-swagger-03.png)
* Sonra "Execute" düyməsini klikləyin, istifadəçi interfeysi API ilə əlaqə quracaq, parametrləri göndərəcək, nəticələri əldə edəcək və onları ekranda göstərəcək:
![Swagger UI interaction](https://fastapi.tiangolo.com/img/index/index-05-swagger-04.png)
### Alternativ API Sənədlərindəki Dəyişikliyə Baxaq
İndi isə yenidən http://127.0.0.1:8000/redoc ünvanına daxil olun.
* Alternativ sənədlər həm də yeni sorğu parametri və gövdəsini əks etdirəcək:
![ReDoc](https://fastapi.tiangolo.com/img/index/index-06-redoc-02.png)
### Xülasə
Ümumiləşdirsək, parametrlər, gövdə və s. Biz məlumat növlərini **bir dəfə** funksiya parametrləri kimi təyin edirik.
Bunu standart müasir Python tipləri ilə edirsiniz.
Yeni sintaksis, müəyyən bir kitabxananın metodlarını və ya siniflərini və s. öyrənmək məcburiyyətində deyilsiniz.
Sadəcə standart **Python**.
Məsələn, `int` üçün:
```Python
item_id: int

və ya daha mürəkkəb `Item` modeli üçün:
```Python
item: Item

...və yalnız parametr tipini təyin etməklə bunları əldə edirsiniz:
* Redaktor dəstəyi ilə:
* Avtomatik tamamlama.
* Tip yoxlanması.
* Məlumatların Təsdiqlənməsi:
* Məlumat etibarsız olduqda avtomatik olaraq aydın xətalar göstərir.
* Hətta çox dərin JSON obyektlərində belə doğrulama aparır.
* Daxil olan məlumatları çevirmək üçün aşağıdakı məlumat növlərindən istifadə edilir:
* JSON.
* Yol parametrləri.
* Sorğu parametrləri.
* Çərəzlər.
* Başlıqlaq.
* Formalar.
* Fayllar.
* Daxil olan məlumatları çevirmək üçün aşağıdakı məlumat növlərindən istifadə edilir (JSON olaraq):
* Python tiplərinin (`str`, `int`, `float`, `bool`, `list`, və s) çevrilməsi.
* `datetime` obyektləri.
* `UUID` obyektləri.
* Verilənlər bazası modelləri.
* və daha çoxu...
* 2 alternativ istifadəçi interfeysi daxil olmaqla avtomatik interaktiv API sənədlərini təmin edir:
* Swagger UI.
* ReDoc.

Gəlin əvvəlki nümunəyə qayıdaq və **FastAPI**-nin nələr edəcəyinə nəzər salaq:
* `GET``PUT` sorğuları üçün `item_id`-nin yolda olub-olmadığını yoxlayacaq.
* `item_id`-nin `GET``PUT` sorğuları üçün növünün `int` olduğunu yoxlayacaq.
* Əgər `int` deyilsə, səbəbini göstərən bir xəta mesajı göstərəcəkdir.
* məcburi olmayan `q` parametrinin `GET` (`http://127.0.0.1:8000/items/foo?q=somequery` burdakı kimi) sorğusu içərisində olub olmadığını yoxlayacaq.
* `q` parametrini `= None` ilə yaratdığımız üçün, məcburi olmayan parametr olacaq.
* Əgər `None` olmasaydı, bu məcburi parametr olardı (`PUT` metodunun gövdəsində olduğu kimi).
* `PUT` sorğusu üçün, `/items/{item_id}` gövdəsini JSON olaraq oxuyacaq:
* `name` adında məcburi bir parametr olub olmadığını və əgər varsa, tipinin `str` olub olmadığını yoxlayacaq.
* `price` adında məcburi bir parametr olub olmadığını və əgər varsa, tipinin `float` olub olmadığını yoxlayacaq.
* `is_offer` adında məcburi olmayan bir parametr olub olmadığını və əgər varsa, tipinin `float` olub olmadığını yoxlayacaq.
* Bütün bunlar ən dərin JSON obyektlərində belə işləyəcək.
* Məlumatların JSON-a və JSON-un Python obyektinə çevrilməsi avtomatik həyata keçiriləcək.
* Hər şeyi OpenAPI ilə uyğun olacaq şəkildə avtomatik olaraq sənədləşdirəcək və onları aşağıdakı kimi istifadə edə biləcək:
* İnteraktiv sənədləşmə sistemləri.
* Bir çox proqramlaşdırma dilləri üçün avtomatlaşdırılmış müştəri kodu yaratma sistemləri.
* 2 interaktiv sənədləşmə veb interfeysini birbaşa təmin edəcək.

Yeni başlamışıq, amma siz artıq işin məntiqini başa düşmüsünüz.
İndi aşağıdakı sətri dəyişdirməyə çalışın:
```Python
return {"item_name": item.name, "item_id": item_id}

...bundan:
```Python
... "item_name": item.name ...

...buna:
```Python
... "item_price": item.price ...

...və redaktorun məlumat tiplərini bildiyini və avtomatik tamaladığını görəcəksiniz:
![editor support](https://fastapi.tiangolo.com/img/vscode-completion.png)
Daha çox funksiyaya malik daha dolğun nümunə üçün Öyrədici - İstifadəçi Təlimatı səhifəsinə baxa bilərsiniz.
**Spoiler xəbərdarlığı**: Öyrədici - istifadəçi təlimatına bunlar daxildir:
* **Parametrlərin**, **başlıqlar**, çərəzlər, **forma sahələri****fayllar** olaraq müəyyən edilməsi.
* `maximum_length` və ya `regex` kimi **doğrulama məhdudiyyətlərinin** necə təyin ediləcəyi.
* Çox güclü və istifadəsi asan **Dependency Injection** sistemi.
* Təhlükəsizlik və autentifikasiya, **JWT tokenləri** ilə **OAuth2** dəstəyi və **HTTP Basic** autentifikasiyası.
* **çox dərin JSON modellərini** müəyyən etmək üçün daha irəli səviyyə (lakin eyni dərəcədə asan) üsullar (Pydantic sayəsində).
* Strawberry və digər kitabxanalar ilə **GraphQL** inteqrasiyası.
* Digər əlavə xüsusiyyətlər (Starlette sayəsində):
* **WebSockets**
* HTTPX və `pytest` sayəsində çox asan testlər
* **CORS**
* **Cookie Sessions**
* ...və daha çoxu.
## Performans
Müstəqil TechEmpower meyarları göstərir ki, Uvicorn üzərində işləyən **FastAPI** proqramları ən sürətli Python kitabxanalarından biridir, yalnız Starlette və Uvicorn-un özündən yavaşdır, ki FastAPI bunların üzərinə qurulmuş bir framework-dür. (*)
Ətraflı məlumat üçün bu bölməyə nəzər salın Müqayisələr.
## Məcburi Olmayan Tələblər
Pydantic tərəfindən istifadə olunanlar:
* email-validator - e-poçtun yoxlanılması üçün.
* pydantic-settings - parametrlərin idarə edilməsi üçün.
* pydantic-extra-types - Pydantic ilə istifadə edilə bilən əlavə tiplər üçün.
Starlette tərəfindən istifadə olunanlar:
* httpx - Əgər `TestClient` strukturundan istifadə edəcəksinizsə, tələb olunur.
* jinja2 - Standart şablon konfiqurasiyasından istifadə etmək istəyirsinizsə, tələb olunur.
* python-multipart - `request.form()` ilə forma "çevirmə" dəstəyindən istifadə etmək istəyirsinizsə, tələb olunur.
* itsdangerous - `SessionMiddleware` dəstəyi üçün tələb olunur.
* pyyaml - `SchemaGenerator` dəstəyi üçün tələb olunur (Çox güman ki, FastAPI istifadə edərkən buna ehtiyacınız olmayacaq).
* ujson - `UJSONResponse` istifadə etmək istəyirsinizsə, tələb olunur.
Həm FastAPI, həm də Starlette tərəfindən istifadə olunur:
* uvicorn - Yaratdığımız proqramı servis edəcək veb server kimi fəaliyyət göstərir.
* orjson - `ORJSONResponse` istifadə edəcəksinizsə tələb olunur.
Bütün bunları `pip install fastapi[all]` ilə quraşdıra bilərsiniz.
## Lisenziya
Bu layihə MIT lisenziyasının şərtlərinə əsasən lisenziyalaşdırılıb.